Oğurluq edən şəxsə hökm oxunub

Oğurluq edən şəxsə hökm oxunub
# 22 fevral 2016 12:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Ramiz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Məhərrəmov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Məhərrəmov ötən ilin oktyabr ayında həbs edilib. O, sentyabrın 22-də Bakıda Y.Çəmənzəminli küçəsində yerləşən marketdə Bakı şəhər sakini Lena Əsgərovaya məxsus, içərisində 253 manat olan əl çantasın piştaxtanın üzərindən götürüb qaçıb. Bundan əlavə sentyabrın 17-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Firuzə Süleymanzadənin əlindən içərisində pul, bankomat və metro kartı olan çantasını alaraq qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR