İqlim dəyişmələri nəticəsində Azərbaycanda isti qurşaqların sahəsi genişlənəcək

İqlim dəyişmələri nəticəsində Azərbaycanda isti qurşaqların sahəsi genişlənəcək
# 10 fevral 2016 07:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “İqlim dəyişmələri Azərbaycanda landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxaracaq. Bu, proqnoz təxminən 2050-2070-ci illər aralığına hesablanıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

O qeyd edib ki, iqlim dəyişmələri Azərbaycanda meşələrin sahələrinin azalmasına da təsir göstərəcək: “Eyni zamanda, iqlim dəyişmələri bəzi orta və alçaq dağlıq zonada dəmyə əkinçiliyinin sahəsinin azalmasına gətirib çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR