2017-ci ildə məhkəmə və hüquq-mühafizə orqanlarına 1 milyard manatdan çox vəsait ayrılacağı gözlənilir

2017-ci ildə məhkəmə və hüquq-mühafizə orqanlarına 1 milyard manatdan çox vəsait ayrılacağı gözlənilir
# 29 sentyabr 2016 10:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan dövlət büdcəsindən gələn il üçün məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılacaq vəsaitin məbləği açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycanın 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi zərfində gələn il üçün məhkəmə və hüquq mühafizə orqanlarına 1 milyard 233 milyon 470 min 726 manat vəsait ayrılması nəzərdə tutulub. Bu, 2016-cı illə müqayisədə 25.3 milyon manat və ya 2.1 faiz çoxdur.

Ayrılacaq vəsaitin 51 milyon 858 min 829 manatı məhkəmə hakimiyyətinə, 945 milyon 791 min 431 manatı hüquq-mühafizə orqanlarına, 58 milyon 96 min 865 manatı prokurorluq, 177 milyon 723 min 601 manatı isə digər kateqoriyalara aid edilməyən xidmətlərə sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR