“İçəri Şəhər” filmi Yarat Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq

“İçəri Şəhər” filmi Yarat Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq
# 29 mart 2016 11:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yarat Müasir İncəsənət Mərkəzində İlqar Safatın “İçəri Şəhər” tammetrajlı bədii filminin nümayişi keçiriləcək.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Yarat Film Klubunun təşəbbüsü ilə təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək. “İçəri Şəhər” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırırlar.

Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR