Bakı sakini 3 nəfəri bıçaqlayıb

Bakı sakini 3 nəfəri bıçaqlayıb
# 08 sentyabr 2016 09:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər sakini üç nəfəri bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Bakı şəhər sakinləri Musa Hüseynova, Oqtay Yusifzadəyə və Səbuhi Hüseynova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Cəfər Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR