Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsinə təyinat olub

Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsinə təyinat olub
# 16 fevral 2016 13:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsinə təyinat olub. İdarədən APA-ya verilən məlumata görə, bu vəzifəyə Kamran İsrafilov təyin edilib.

Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr Studiyasının rejissorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR