Türkiyə səfiri: "Azərbaycana müdafiə sahəsində də dəstək verəcəyik" - YENİLƏNİB

Türkiyə səfiri: "Azərbaycana müdafiə sahəsində də dəstək verəcəyik" - <span style="color: red;">YENİLƏNİB
# 29 yanvar 2016 07:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır, çünki Azərbaycan bunu istəyir". APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.


Səfir Türkiyənin Azərbaycana hər sahədə dəstək verməyə hazır olduğunu bəyan edib.



"Azərbaycan öz müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir və biz Azərbaycana bu sahədə də dəstək verəcəyik", - deyə diplomat bildirib.

Səfir bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, beynəlxalq hüquq bərpa olunmayınca, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın istəyi çərçivəsində həllini tapmadıqca bölgədə normallaşma ola bilməz.

Diplomatın sözlərinə görə, iki dövlət arasında münasibətlərə zərər verə biləcək qüvvələrin ola biləcəyi hər zaman diqqətdə saxlanılmalıdır.

O, AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin səsverməsi zamanı bəzi türk deputatların səsvermədə iştirak etməməsi məsələsindən danışarkən hansısa deputatın addımına görə mövqe bildirmək istəmədiyini deyib: "Lakin Türkiyədə heç bir yerdə, heç bir rəsmi qurumda insanlar heç bir vaxt bir araya gələrək "Azərbaycanın bu məsələsinə necə mane ola bilərik?" müzakirəsi aparmayıblar. Əksinə, "Azərbaycana daha yaxşı necə kömək edə bilərik?" müzakirəsi olur. Türkiyə dövlətinin siyasəti, 80 milyona yaxın əhalinin 100 faizə yaxını Azərbaycan məsələsində çox həssasdır. Bu, dövlət siyasətindən də yüksəkda duran məsələdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR