Suriya müxalifəti atəşkəsə əməl edəcəyini açıqlayıb

Suriya müxalifəti atəşkəsə əməl edəcəyini açıqlayıb
# 25 fevral 2016 07:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Suriya müxalifəti 2 həftə ərzində müvəqqəti atəşkəs rejiminə əməl etməyə hazır olduğunu bildirib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya müxalifətinin təmsilçisi - Müzakirələr üzrə Ali Komitənin bəyanatında deyilir. “Hesab edirin ki, atəşkəsin iki həftəlik dayandırılması qarşı tərəfə öz öhdəliklərinin məsuliyyətini dərk etmək üçün imkan verəcək”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ABŞ və Rusiya Federasiyası arasında imzalanan razılaşmaya əsasən fevralın 27-dən Suriyada hökumət qüvvələri və müxalifətin silahlı qrupları arasında atəşkəs qüvvəyə minməlidir. Lakin İŞİD və "Ən Nusra Cəbhəsi"nə qarşı hücumlar davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR