Manat avro, funt, lirə və lariyə nəzərən bahalaşıb

Manat avro, funt, lirə və lariyə nəzərən bahalaşıb
# 30 avqust 2016 07:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 29-u ilə müqayisədə dəyişməyərək 1,6280 manat təşkil edib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,27% zəifləyərək 1,8188 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,4% bahalaşaraq 0,0252 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,15% zəifləyərək 0,5507 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1304 manatdır. Beləliklə, funt sterlinq 0,28%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,77% azalaraq 0,7078 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR