Nazirlik: Əvvəlki illərdə ali məktəblərə daxil olub, ödənişli təhsil alanların təhsil haqları həmin qaydada saxlanılacaq

Nazirlik: Əvvəlki illərdə ali məktəblərə daxil olub, ödənişli təhsil alanların təhsil haqları həmin qaydada saxlanılacaq
# 29 dekabr 2015 09:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Ödəniş haqlarının artırılması məsələsi ali təhsil müəssisələrinin səlahiyyətindədir. Əvvəlki illərdə ali məktəblərə daxil olub ödənişli təhsil alan tələbələrin təhsil haqları əvvəlki qaydada saxlanılacaq”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2016-cı ilin mart ayında qəbul planı formalaşacaq: “Həmin vaxt ali məktəblər Təhsil Nazirliyinə öz təkliflərini verəcək və bu analiz olunacaq. Təhsil Nazirliyi olaraq təhsil haqlarının artırılmasına 2016-cı ilin mart ayında qayıdacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR