Ağdamda 15 yaşlı yeniyetmə bədbəxt hadisənin qurbanı olub - YENİLƏNİB

Ağdamda 15 yaşlı yeniyetmə bədbəxt hadisənin qurbanı olub - <span style="color: red;">YENİLƏNİB
# 25 fevral 2016 18:05 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Ağdamda bədbəxt hadisə baş verib. Arabadan yıxılan 2001-ci il təvəllüdlü Əsgərov Qəzənfər Nəbi oğlu həyatını itirib. Hadisə rayonun Baharlı qəsəbəsində baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, uzunqulağa qoşulmuş arabadan yıxılması nəticəsində 9-cu sinif şagirdi Qəzənfərin başına mismar batıb. Yaralı yeniyetmə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR