İranda daşqınlar nəticəsində azı 4 nəfər ölüb

İranda daşqınlar nəticəsində azı 4 nəfər ölüb
# 03 sentyabr 2016 01:46 (UTC +04:00)

Bakı-APA. İranın Qolestan əyalətində yağan güclü yağış və baş verən daşqın nəticəsində azı 4 nəfər ölüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə IRINN TV telekanalı məlumat verib.

Məlumata əsasən, daşqınlar Mazandaran əyalətində də fəsadlar törədib. Burada bir sıra yaşayış evi və inzibati binalara ziyan dəyib. Daşqınlardan zərərçəkmiş regionlara xilasedici briqadalar göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR