MSK deputatlığa namizədlərin müraciətinə baxıb

MSK deputatlığa namizədlərin müraciətinə baxıb
# 23 noyabr 2015 13:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


APA-nın məlumatına görə, iclasda quruma daxil olan müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, namizədliyi 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən irəli sürülmüş Ələddin Abdullayevin müraciətinə baxılıb. O deyib ki, namizədin səlahiyyətli nümayəndəsi Bəybala Əbil bəzi seçki məntəqələrində qanun pozuntusu ilə əlaqədar DSK-ya qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec müraciət edib və onun müraciəti təmin olunmayıb. B. Əbil bununla bağlı MSK-ya şikayət edib. Lakin müddət ötürüldüyü üçün MSK Dairə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb.

MSK üzvü Validə Kazımova qeyd edib ki, 73 saylı Lənkəran Seçki Dairəsindən namizədliyi irəli sürülən Gülarə Həmidovanın müraciəti də qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyü üçün şikayət ərizəçiyə geri qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR