Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

 Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb
# 18 fevral 2016 13:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesdə çıxış edən vəkil Fuad Ağayev cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ləğv edilməsi, bəzi sübutların cinayət işinin materiallarından çıxarılması ilə bağlı vəsatətlər verib. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası martın martın 3-nə təyin edilib.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR