Gəncə sakini qonşusu tərəfindən döyülüb

Gəncə sakini qonşusu tərəfindən döyülüb
# 21 oktyabr 2015 13:32 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1971-ci il təvəllüdlü Seymur Behbudov qabırğaların sınığı xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. S. Behbudovun bildirdiyinə görə, o və həyat yoldaşı qonşusu tərəfindən döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR