NATO baş ofisinin nümayəndəsi: “Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırırıq”

NATO baş ofisinin nümayəndəsi: “Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırırıq”
# 07 mart 2016 09:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Son illərdə Azərbaycanın NATO əməliyyatlarında iştirakından, habelə hərbi sahədə və daha geniş miqyasda əməkdaşlıqdan məmnunuq. Bu əməkdaşlığı genişləndirməyi planlaşdırırıq”.


APA-nın xəbərinə görə, bunu NATO baş ofisinin siyasi məsələlər və təhlükəsizlik şöbəsinin əməkdaşı Steffen Elgersman deyib.


O qeyd edib ki, NATO-nun Varşava sammitində alyansın şərq və cənub sərhədlərindəki məsələlər və çağırışlar müzakirə ediləcək.


“Əfqanıstan məsələsi ilə bağlı sammitimiz olacaq. Ümid edirəm ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlara kömək edən ölkələr, o cümlədən Azərbaycan bu müzakirələrin bir parçası olacaq”, - deyə S. Elgersman bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR