“Nikoil Bank” kiçik və orta biznes üçün sərfəli kredit şərtləri təklif edir

“Nikoil Bank” kiçik və orta biznes üçün sərfəli kredit şərtləri təklif edir
# 30 avqust 2016 07:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlıq etdiyi dövr ərzində “Nikoil Bank” tərəfindən 36 mln. manat məbləğində 1592 kredit verilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Nikoil Bank” bazarın kiçik və orta biznes seqmentinin iştirakçıları olan çörək və un məmulatlarının bişirilməsi və digər ərzaq və məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar eləcə də heyvandarlıq, arıçılıq, balıqçılıq, əkinçiliklə məşğul olan fermerlər üçün sərfəli kredit şərtləri təklif edir. Kredit məbləği 5 000 -10 000 000 manat, kredit müddəti kreditin məbləğindən asılı olaraq 10 ilədək, illik 6% dərəcəsi ilə kredit müddətinin yarısına qədər güzəşt dövrü ilə verilir.

“Artıq 12 ildir ki, “Nikoil BANK Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlıq edir. SKMF-nun xətti ilə güzəştli kreditlərin əsas alıcıları ölkənin müxtəlif bölgələrindəki kiçik və orta biznes subyektləridir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına təsir edən əsas motivasiya amillərindəndir. Bu müddət ərzində bank tərəfindən 36 mln. manat məbləğində 1592 kredit verilib”, - deyə məlumatda vurğulanıb.

Bankdan bildirilib ki, (012) 981 qısa nömrəsinə zəng edərək “Nikoil Bank”ın Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və ya SKMF-nin rəsmi www.anfes.gov.az səhifəsinə daxil olmaqla daha ətraflı məlumat əldə etmək mümkündür. Həmçinin, SKMF tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən kredit yarmarkalarında iştirak edərək daha geniş məlumat əldə etmək olar. Qeyd edək ki, “Nikoil Bank” bütün yarmarkaların fəal iştirakçısıdır.

Qeyd edək ki, “Nikoil BANK əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı Bankın korporativ www.nikoil.az səhifəsinə və ya sosial şəbəkədə rəsmi səhifəsinə daxil olaraq əldə edə bilərsiniz: https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR