Bakı Dairəvi yolunda köməkçi yol bağlanır

Bakı Dairəvi yolunda köməkçi yol bağlanır
# 06 fevral 2016 07:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün aparılacaq təmir işləri ilə əlaqədar olaraq Baki Dairəvi-1 avtomobil yolunun "Şamaxinka" deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

Bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-dən məlumat verilib.

Təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR