Gənclər Günü münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət edilib

Gənclər Günü münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət edilib
# 02 fevral 2016 09:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Gənclər və İdman Nazirliyinin rəhbərliyi və əməkdaşları 2 Fevral - Gənclər Günü münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.


APA-nın xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov, nazir müavinləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri məzarlar üzərinə əklil qoyublar.

A. Rəhimov hər il olduğu kimi, bu il də bu bayramın yüksək şəkildə qeyd edildiyini bildirib. O, Azərbaycan gənclərinin fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən tədbirlər vasitəsilə bunun bütün dünyaya nümayiş olunduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR