Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 03 dekabr 2015 19:50 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov-APA. Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21 :00 radələrində Kürdəmir- Ağsu- İmişli yolunun 28-ci kilometrliyində Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayonunun Cəyli kənd sakini 31 yaşlı İsmayılov Ceyhun Münasib oğlu idarə etdiyi "10 CM 585" dövlət nömrə nişanlı "Daewoo-Neksia" markalı minik maşını ilə, yolu keçən piyada rayonun Şıxımlı kənd sakini 34 yaşlı Quliyev Rəfail Cəbrayıl oğlunu vurub.

Yaralı ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq R. Quliyev orada ölüb.

İlkin ehtimala görə, qəzaya səbəb havanın yağışlı olmasıdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR