“Ekoloji Menecment” mövzusunda növbəti elmi seminar təşkil edilib

“Ekoloji Menecment” mövzusunda növbəti elmi seminar təşkil edilib
# 10 noyabr 2015 07:21 (UTC +04:00)

Bakı-APA. IDEA-nın ekoloji tədris proqramının tərkib hissəsi olaraq, IDEA İctimai Birliyinin Resurs Mərkəzində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik və Təyyarəçilik Məktəbləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası və Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantları üçün “Ekoloji Menecment” mövzusunda növbəti elmi seminar təşkil edilib.

Birlikdən APA-ya verilən məlumata görə, bioloji müxtəlifliyin mühafizəsi üzrə tanınmış mütəxəssis Elman Yusifov iştirakçılara ətraf mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar çatdırıb.

Seminar çərçivəsində, həmçinin Elman Yusifovun həmmüəllifi olduğu “Ekoloji Menecment” adlı iki cildlik dərs vəsaitinin təqdimatı da keçirilib.

Qeyd olunub ki, sözügedən kitab Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əlievanın baş redaktorluğu ilə nəşr edilib.

Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən ekosistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə olunan qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə elmi araşdırmalar əks olunmuşdur. Bu kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd olunan sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə ediblər.

Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara iki cildlik “Ekoloji Menecment” kitabları hədiyyə edilib.

Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən ekosistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə olunan qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə elmi araşdırmalar əks olunub. Bu kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd olunan sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə ediblər.

Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara iki cildlik “Ekoloji Menecment” kitabları hədiyyə edilib.

IDEA İctimai Birliyi Respublikamızın digər ali təhsil müəssisələrin tələbələri üçün də oxşar seminarlar təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR