Beynəlxalq Bankın Sankt-Peterburqdakı filialında axtarış aparılır

Beynəlxalq Bankın Sankt-Peterburqdakı filialında axtarış aparılır
# 17 dekabr 2015 12:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün səhər saat 10:00 radələrindən etibarən Rusiyanın hüquq-mühafizə orqanları "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialında axtarışlara başlayıb.

"APA-Economics" "Fontanka" portalına istinadən xəbər verir ki, başlanılan müvafiq cinayət işi çərçivəsində aparılan axtarış tədbirləri pulların qanunsuz olaraq sərhəddən kənara çıxarılması ilə bağlıdır.

Filialın telefonlarına cavab verən yoxdur. Bundan başqa, "bank-müştəri" xidməti də fəaliyyətini dayandırıb.

Bu arada bankın Moskvada yerləşən baş ofisindən bəyan ediblər ki, hazırda Sankt-Peterburq filialında pulköçürmə və digər əməliyyatlar aparmaq mümkün deyil. Bankdan bunu rabitədəki problemlərlə əlaqələndiriblər və əlavə ediblər ki, bu problem 2-3 saata həll olunacaq.

Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə "APA-Economics"ə hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Onun sözlərinə görə Sankt-Peterburq filialının fəaliyyətində heç bir problem yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR