Məhkəmə ANS ÇM-in MTRŞ-ya qarşı iddiaları əsasında qərarlarını açıqlayıb

Məhkəmə ANS ÇM-in MTRŞ-ya qarşı iddiaları əsasında qərarlarını açıqlayıb
# 09 mart 2016 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Səbail rayon Məhkəməsində ANS ÇM radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti əsasında 8 işə baxılıb.

MTRŞ-nin hüquqlarını məhkəmədə müdafiə edən vəkil Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, məhkəmə radionun iddialarını təmin etməyib.

Qeyd edək ki, MTRŞ radionun cərimələnməsi barədə qərarlar qəbul edib. Lakin həmin qərarlarla razılaşmayan radio məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR