Xırdalanda fərdi evdə yanğın olub

Xırdalanda fərdi evdə yanğın olub
# 03 aprel 2016 19:44 (UTC +04:00)

Bakı-APA. Xırdalanda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 6 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR