XİN: Rusiya Türkiyənin Kazan sammitində iştirakını alqışlayacaq

XİN: Rusiya Türkiyənin Kazan sammitində iştirakını alqışlayacaq
# 18 fevral 2016 19:16 (UTC +04:00)

Bakı-APA. “Moskva Türkiyənin 8-ci Rusiya Beynəlxalq İqtisadi Sammitdə və İslam Əməkdaşlığı Təşkilatının Kazanda keçiriləcək sammitində iştirakını alqışlayacaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Əgər Türkiyə tərəfinin, Türkiyə biznesinin Kazanda keçiriləcək foruma və, ümumiyyətlə, digər forumlara, biznes imkanlarına, əlaqələrin inkişafına dair iqtisadi potensiala marağı varsa, biz bunu yalnız alqışlayacağıq”, - deyə Zaxarova bildirib.

“Biz hesab edirik ki, iki ölkə arasında inkişaf etməlidir, baxmayaraq ki, Rusiya-Türkiyə münasibətlərin pisləşməsi hər iki ölkənin vətəndaşlarına təsirsiz keçməyib”, deyə Zaxarova əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR