Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən şəxsin meyiti tapılıb

Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən şəxsin meyiti tapılıb
# 20 aprel 2016 07:34 (UTC +04:00)

Bakı - APA. Xəzər dənizinin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib ki, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılan şəxsin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR