"Volkswagen"in satışları kəskin azalıb

"Volkswagen"in satışları kəskin azalıb
# 11 yanvar 2016 11:18 (UTC +04:00)

Bakı - APA-Economics. "Volkswagen" avtomobil konserni 2015-ci ildə satışlarını kəskin azaldıb.

"APA-Economics"in "The Wall Street Journal" nəşrinə istinadən verdiyi xəbərə görə, son 13 ildə ilk dəfə olaraq "Volkswagen"in satışlarında neqativ tendensiya müşahidə olunur. Buna səbəb "Volkswagen"in istehsal etdiyi dizel mühərrikli avtomobillərdə havaya atılan zərərli qazın göstəricilərinin reallığı əks etdirməməsidir.

Ümumilikdə, "Volkswagen" ötən il 9,9 milyon ədəd maşın satıb ki, bu da 2014-cü illə müqayisədə 2% azalma deməkdir. 2015-ci ilin dekabr ayında isə avtokonsernin satışları 5,2% azalaraq 835 minə çatıb.

ABŞ-ın tənzimləyici qurumu tərəfindən dizel mühərrikli "Volkswagen"lərdə problemlərin aşkarlanması avtokonsernin kapitallaşmasına da ciddi təsir edib.

Şirkət avtomobillərin geri çağırılmasına 6,7 milyard avro həcmində ehtiyat yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR