Gəncədə növbəti satış yarmarkası keçirilib

Gəncədə növbəti satış yarmarkası keçirilib
# 31 yanvar 2016 20:38 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə ərzaq məhsullarının növbəti satış yarmarkası keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yarmarkada təklif edilən məhsulların siyahısı da genişləndirilib. Əvvəllər yalnız mal, qoyun, toyuq əti və kolbasa, un, yumurta təklif satıldığı halda bu gün sakinlərə kənd təsərrüfatı məhsullarından olan kartof, soğan, yerkökü və yağ, çay kimi digər ərzaq məhsulları da təqdim edilib.

Yarmarkada mal əti 5 manat, qoyun əti 6 manat, yumurta 10 qəpiyə, quş əti 2.30 manata, kartof 60 qəpiyə, soğan 55 qəpiyə təklif olunub.

Bu son bir ay ərzində Gəncədə təşkil olunan üçüncü yarmarkadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR