Bakıda silsilə oğurluqda şübhəli bilinən keçmiş məhkum tutulub

Bakıda silsilə oğurluqda şübhəli bilinən keçmiş məhkum tutulub
# 07 aprel 2016 10:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayon 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-dan martın 31-dək olan müddətdə paytaxt ərazisindəki 10 mənzildən və bir avtomobildən pul, qızıl, məişət və geyim əşyaları oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Abbasov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR