Azərbaycanın ən uzun dəmir yolunda işarəvermə sistemi vahid dispetçer mərkəzindən idarə ediləcək

Azərbaycanın ən uzun dəmir yolunda işarəvermə sistemi vahid dispetçer mərkəzindən idarə ediləcək
# 27 noyabr 2015 09:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Modernləşmə işləri mərhələlərlə həyata keçirilir. 1-ci mərhələdə Bakı-Böyük Kəsik sahəsində işarəvermə və rabitə avadanlıqlarının modernləşməsi isitaqmətində Böyük Kəsik, Soyuq Bulaq, Salahlı, Poylu, Ağstafa, Tatlı, Tovuz, Qovlar, Zəyəm, Şəmkir, Dəllər, Alabaşlı, Gəncə (13 stansiyada) stansiyalarında və məzillərdə mikroprosessor avadanlıqlarının hamısı təmir olunmuş otaqlarda qurulub, montaj olunub, optik lifli kabelləri qoyulmuş, stansiya çöl avadanlıqları, işıqforlar quraşdırılıb. Gəncə stansiyasından başqa digər on iki stansiyada avadanlıqlarda test yoxlamaları yekunlaşdırılıb, layihəyə əsasən işarəvermə-mərkəzləşmə-bloklama qurğuları quraşdırılıb.

Böyük Kəsik-Gəncə sahəsində 7 ədəd KTSM (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu) postu tikilib, avadanlıqlar quraşdırılıb, 27 ədəd qorunan keçid inşa edilib, çöl avadanlıqları quraşdırılıb, rabitə sahəsi üzrə FOK-48 tipli kabel qoyulub. İşarəvermə və rabitə sisteminin modernləşdirilməsi prosesi sürətlə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR