Fransa həkimlərin pilotların sağlamlığı barədə hökumətləri xəbərdar etməsini təklif edib

Fransa həkimlərin pilotların sağlamlığı barədə hökumətləri xəbərdar etməsini təklif edib
# 13 mart 2016 14:31 (UTC +04:00)

Baku-APA. Fransa “Germanwings” aviaşirkətinin Alp dağlarında qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın nəticələrinə dair hesabatı təqdim edib.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, istintaq pilot Andreas Lubitsin bilərək aviaqəzanı təşkil etdiyini təsdiqləyib.

Bununla bərabər, Fransa pilotların psixi sağlamlığının sərnişinlərin həyatını təhlükə altında qoya biləcəyi hallarda həkimlər qarşısında hökumətləri xəbərdar etmək barədə öhdəlik qoyulmasının zəruri olduğunu bəyan edib.

Qeyd edək ki, “Lufthansa”nın törəmə şirkəti olan “Germanwings” aviaşirkətinə məxsus “Airbus A320” 205-ci il martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində 149 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya, Böyük Britaniya, Niderland, Kolumbiya, Meksika, Danimarka, Belçika, İsrail, Avstraliya, Venesuela və ABŞ vətəndaşları olub.

Xatırladaq ki, təyyarə qəzasından iki həftə əvvəl həkim pilot A. Lubitsə psixiatrik hospitalda müalicə almağı təklif edib. Ancaq həkim şəxsi həyatın toxunulmazlığı barədə Almaniyada mövcud olan qanunu pozmaqdan qorxub və bu barədə hakimiyyəti xəbərdar etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR