Tovuzda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Tovuzda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
# 19 iyul 2016 22:46 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz – Əlibəyli yolunda qeydə alınıb. İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar 1990-cı il təvəllüdlü Orxan Sadıqov, 1988-ci il təvəllüdlü Nəbi Həsənov, 1979-cu il təvəllüdlü Elanrə Məmmədova, onun uşaqları 2003-cü il təvəllüdlü Fərid, və 1999-cu il təvəllüdlü Kəmalədir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR