Avtomobillərdə reklam yerləşdirilməsi üçün texniki şərtlər pasportu təsdiqlənib, səlahiyyətli orqan müəyyənləşdirilib

Avtomobillərdə reklam yerləşdirilməsi üçün texniki şərtlər pasportu təsdiqlənib, səlahiyyətli orqan müəyyənləşdirilib
# 31 mart 2016 00:31 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu-APA. Nazirlər Kabineti “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nı təsdiq edib.

APA-nın məlumatına görə, bununla da Azərbaycan Respublikası ərazisində müvafiq qaydada dövlət qeydiyyatından və texniki baxışdan keçirilmiş nəqliyyat vasitələrinin reklam daşıyıcısı kimi istifadə edilməsi prosesinin başlaması üçün bütün əsaslar təmin olunub.

Başqa sözlə, Nazirlər Kabineti 2016-cı il 18 fevral tarixli qərarı ilə “Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nı təsdiq edib. Normalara əsasən nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Daxili İşlər Nazirliyi tərəfindən verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər.

Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması” ilə bağlı qərarına əsasən bu sənəd Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verəcək. Yəni bu qurum Azərbaycanda Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq verəcək orqan olaraq müəyyən edilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən veriləcək texniki şərtlər pasportunda nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi, qeydiyyat nişanı, markası, modeli, qeydiyyat şəhadətnaməsinin seriyası, nömrəsi, şəhadətnamənin verilmə tarixi, şəhadətnaməni verən orqanın adı, nəqliyyat vasitəsinin sahibinin (sərəncam, istifadə və ya digər əşya hüququ olan şəxsin) adı, nəqliyyat vasitəsinin sahibi (sərəncam, istifadə və ya digər əşya hüququ olan şəxs) ilə reklam yayıcısı (reklam agenti) arasında bağlanmış müqavilənin nömrəsi, müqavilənin bağlandığı tarix, reklamverici və reklamyayıcının adları, reklamın məzmunu, reklam səthinin sahəsi əksini tapmalıdır. Texnki şərtilər pasportunda sənədin hansı müddətə qədər etibarlı olduğu da əksini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR