ABŞ: TAP-da iştirak bizim üçün prioritet məsələdir

ABŞ: TAP-da iştirak bizim üçün prioritet məsələdir
# 20 iyul 2016 15:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Trans Adriaktik Boru Kəməri (TAP) konsorsiumunda iştirak etmək ABŞ hökuməti üçün prioritet məsələdir.

APA-Economics” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzər xüsusi elçisi Amos Hokstayn deyib.

Onun sözlərinə görə, TAP-da heç bir Amerika şirkətinin iştirak etməsinə baxmayaraq, bu məsələ ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. “Mən bu günə qədər heç bir layihə üzərində işləməyə bu qədər vaxt ayırmamışam. Buna görə də mən TAP-ın təməlqoyma mərasimində iştirak etdim. ABŞ hər zaman Azərbaycan təbii qazını Avropanın digər bölgələrinə çatdıracaq TAP-ı dəstəkləyir”, - deyə A. Hokstayn bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR