Həmkəndlisini bıçaqlayaraq qaçan Lənkəran sakini tutulub

Həmkəndlisini bıçaqlayaraq qaçan Lənkəran sakini tutulub
# 27 may 2016 09:06 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Həmkəndlisini bıçaqlayaraq istintaqdan yayınıb gizlənən Lənkəran rayon sakini isti izlərlə yaxalanıb. APA-nın cənub bürosunun məlumatına görə, İsaq Saleh oğlu Miriyev Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının (ŞRPŞ) həyata keçirdikləri operativ əməliyyat tədbirləri sayəsində tutulub.

Qeyd edək ki, ötən gecə rayonun Velədi kəndi ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb. Kənd sakini, 56 yaşlı Şəmsəddin Əli oğlu Məmmədov şəxsi münaqişə zəminində ona məxsus “Lada Priyora” markalı, 42 BO 008 dövlət nömrə nişanlı minik avtomobilində həmkəndlisi, “Maçan” ləqəbli İsaq Saleh oğlu Miriyev tərəfindən bıçaqlanıb.

Qarın və boyun nahiyələrində kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Ş.Məmmədova müvafiq tibbi yardım göstərilib, yaraları tikilib. Bununla belə, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR