Yeni Zelandiyada aeroportda bomba tapılmayıb

Yeni Zelandiyada aeroportda bomba tapılmayıb
# 24 iyul 2016 07:46 (UTC +04:00)

Bakı-APA. Yeni Zelandiyada Kuinstaun aeroportunda Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində təmizlik işləri aparan xadimə təyyarədə bomba olması barədə məktub tapıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, məktub təyyarə aeroporta enəndən və sərnişinlər təyyarəni tərk edəndən sonra aşkarlanıb.

Hüquq-mühafizə orqanları araşdırma aparır. Aeroport normal rejimdə fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR