Hacıqabulda avtomobil aşıb, xəsarət alan var

Hacıqabulda avtomobil aşıb, xəsarət alan var
# 25 sentyabr 2015 15:54 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol qəzası Bakı-Qazax magistralının 133-cü kilometrliyində, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində baş verib. Qazax rayonunun Qarapapaq kənd sakini, 1956-cı il təvəllüdlü, Qarabağ müharibəsi əlili Rəhimov Gündüz Səməd oğlu idarə etdiyi «NAZ Lifan» markalı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR