Yəməndə naməlum şəxslər prezidentə yaxın olan generalı öldürüblər

Yəməndə naməlum şəxslər prezidentə yaxın olan generalı öldürüblər
# 22 fevral 2016 12:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Yəmənin paytaxt Ədəndə naməlum silahlılar prezident Mənsur Hadiyə yaxın olduğu iddia edilən briqada generalını güllələyiblər.

APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələrindəki mənbə bildirib ki, evindən avtomobillə Xor Maksar istiqamətində gedən general pulemyotdan açılan atəş nəticəsində öldürülüb.

Qeyd edək ki, hazırda Ədəndə müntəzəm olaraq yerli siyasətçilərə və zabitlərə qarşı sui-qəsdlər təşkil edilir. 2015-ci ilin dekabrın əvvəlində terrorçu-kamikadzenin hücumu nəticəsində Ədən qubernatoru Cəfər Saad öldürülüb. Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR