Sabirabadda avtomobil bir ailənin 4 üzvünü vurub

Sabirabadda avtomobil bir ailənin 4 üzvünü vurub
# 05 avqust 2016 22:04 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 22.30 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

VAZ 2107 markalı 90 FL 503 dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs bir ailənin 4 üzvünü - Sabirabad rayonunun Güdəcühür kənd sakinləri, 1988-ci il təvəllüdlü Salmanova Suqra Vidadi qızı, 1985-ci il təvəllüdlü Salmanova Günel Vidadi qızı, 1977-ci il təvəllüdlü Salmanov Şahin Xanoğlan oğlu və 2006-cı il təvəllüdlü Salmanova Fidan Təmkin qızını vurub.

Həmin şəxslərdən ikisi çoxsaylı sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə, sonuncu 2 nəfər isə kəllə-beyin və çoxsaylı sınıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR