Belçikada Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

Belçikada Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
# 26 fevral 2016 20:23 (UTC +04:00)

Bakı-APA. Fevralın 26-da Belçikada Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən məlumata görə, Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsinin önündə təşkil edilən tədbirdə səfirliyin və NATO yanında nümayəndəliyinin əməkdaşları, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Tədbir zamanı çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim 26 fevral gününün Azərbaycan tarixinə dərin hüzn günü kimi qara hərflərlə yazıldığını və 24 il öncə şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirmiş, habelə bu anım tədbirinin Qarabağ şahzadəsi Xurşidbanu Natavanın abidəsi önündə qeyd olunmasının rəmzi məna kəsb etdiyini önə çəkib.

Daha sonra çıxış edən Azərbaycan diasporunun nümayəndəsi Xəqani Qayıblı xalqımızın Xocalı soyqırımını heç vaxt unutmayacağını, Xurşidbanu Natavanın həyatında və yaradıcılığında özünü qabarıq göstərən kədər və nisgil duyğularının bu gün anılan faciə ilə bağlı keçirdiyimiz hisslərlə uyarlıq təşkil etdiyini söyləyib. Sonda tədbir iştirakçıları abidənin önünə əklil və gül dəstələri qoyublar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR