“Bank Standard” “SmartBank” xidmətini yaradıb

“Bank Standard” “SmartBank” xidmətini yaradıb
# 19 oktyabr 2015 11:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Standard” “SmartBank” xidmətini yaradıb.

Bankdan”APA-Economics”ə verilən xəbərə görə, “SmartBank”ın yeni səhifəsi (www.smartbank.az) rahat və sadə interfeysə malikdir, özünün yüksək funksionallığı, innovativ naviqasiyası ilə seçilir və ən son üslubda hazırlanıb.

“SmartBank” internet bank xidməti “Bank Standard”ın yeni və mövcud müştəriləri üçün nəzərdə tutulub. “SmartBank”a qoşulan bütün müştərilər öz vəsaitlərini onlayn qaydada günün istənilən saatında, internetə çıxışı olan kompüter və ya mobil qurğudan idarə edə bilər. Bu xidmət istifadəçilərin təhlükəsizliyini və elektron fırıldaqçılıqdan müdafiəni yüksək səviyyədə təmin edir.

“SmartBank” xidmətinə qoşulmaq üçün bankın istənilən filialına müraciət etmək kifayətdir. Xidmət aktivləşdikdən sonra müştərilər istənilən vaxt və istənilən yerdə bankla əlaqədə olaraq, bank hesablarına nəzarət və idarə edə, ölkədaxili və xaricə pul köçürmələrini, həmçinin kommunal və büdcə ödənişləri kimi vacib bank əməliyyatlarını həyata keçirə bilərlər. Bundan başqa, istifadəçilər kreditlərin ödəniş qrafikinə və depozitlər üzrə hesablanmış faizlərin ödənilməsinə nəzarət edə, real vaxt rejimində gündəlik valyuta kurslarını izləyə, valyuta konvertasiyasını həyata keçirə, kreditləri ödəyə, pul köçürmələri və ödənişlərin avtomatlaşdırılması üçün şablonlar yarada bilər.

Xidmətlə ətraflı tanış olmaq üçün www.smartbank.az saytına daxil olaraq “SmartBank” funksiyalarının istifadəsi üzrə video təlimatı izləmək kifayətdir. “SmartBank”dan istifadə etməklə siz distansion bank xidmətinin yüksək səviyyəsini hiss edəcəksiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR