ATƏT-in Minsk qrupu həmsədrləri cəbhədə keçiriləcək monitorinqdə iştirak edəcəklər

ATƏT-in Minsk qrupu həmsədrləri cəbhədə keçiriləcək monitorinqdə iştirak edəcəklər
# 21 oktyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı Dağlıq Qarabağ rejiminin "rəhbərinin mətbuat katibi" David Babayan bildirib.

Onun sözlərinə görə, həmsədrlər İqor Popov (Rusiya), Pyer Andryu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 26-27-də Dağlıq Qarabağa səfər edəcəklər. D. Babayev monitorinqin qeyd olunan tarixlərdə baş tutacağını deyib.

Xatırladaq ki, həmsədrlərin regiona səfəri oktyabrın 26-da İrəvandan başlayacaq. Daha sonra onlar Dağlıq Qarabağa gedəcəklər. Ehtimal olunur ki, vasitəçilər Dağlıq Qarabağ cəbhəsində monitorinqdən sonra təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan qarşı tərəfinə keçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR