Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu Azərbaycana dəstəyini ifadə edib

Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu Azərbaycana dəstəyini ifadə edib
# 04 aprel 2016 11:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondunun rəsmi “Tvitter” səhifəsində Azərbaycana dəstək ifadə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın dövlət bayrağının əks olduğu şəklin üzərində “Biz sizinləyik” yazısı və Azərbaycanda sülhə dəstək həştaqı (#peace #support #Azerbaijan) paylaşılıb.

Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu 2014-cü ildə Sarayevoda Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Z. Lagumdzija bu ilin 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR