Almaniyada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən bıçaqlı hücumu suriyalı qaçqın törədib - YENİLƏNİB

Almaniyada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən bıçaqlı hücumu suriyalı qaçqın törədib - <span style="color: red;">YENİLƏNİB
# 24 iyul 2016 19:15 (UTC +04:00)

Bakı-APA. Almaniyada 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən insidentin ilkin təfərrüatları məlum olub.

APA-nın “Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, insident Roytlinqen şəhərinin avtovağzalında baş verib.

21 yaşlı suriyalı qaçqın aralarında yaranmış mübahisədən sonra 1 qadın və 2 kişini bıçaqlayıb. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Cinayətkar polis tərəfindən yaxalanıb.

***

20:30

Bakı-APA. Almaniyanın Roytlinqen şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib.

APA-nın məlumatına görə, bu barədə “Bild” qəzeti xəbər verib.

Hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Cinayətkar polis tərəfindən yaxalanıb. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR