Mingəçevirdə 57 yaşlı qadını avtomobil vurub

Mingəçevirdə 57 yaşlı qadını avtomobil vurub
# 24 dekabr 2015 14:50 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospekti ilə Puşkin küçəsinin kəsişməsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1940-cı il təvəllüdlü Rafiq Səmədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə yolu keçən piyadanı, Yevlax sakini, 1958-ci il təvəllüdlü Arifə Babayevanı vurub. Arifə Babayeva təcili olaraq Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR