Hindistanda təyyarə qəzası baş verib, 4 nəfər ölüb

Hindistanda təyyarə qəzası baş verib, 4 nəfər ölüb
# 22 dekabr 2015 07:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Hindistanın paytaxtı Yeni Dehlidə sərhəd qoşunlarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilir ki, göyərtəsində 10 nəfər olan “Super King” adlı təyyarə havaya qalxandan dərhal sonra qəzaya uğrayıb.

Telekanalın məlumatına görə, təyyarə əvvəl divara çırpılıb, sonra hovuza düşərək yanıb.

Hadisə yerində 12-dən çox yanğınsöndürmə briqadası və polis əməkdaşları çalışır.

Hindistanın daxili işlər naziri Racnatx Sinqx də hadisə yerində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR