Şəkidə iki azyaşlını sahibsiz it dişləyib

Şəkidə iki azyaşlını sahibsiz it dişləyib
# 12 avqust 2015 06:52 (UTC +04:00)

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 11-i axşam saatlarında Şəki şəhəri 30-cu rayon R. Axundov küçəsi ev 28 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Nurlan Loğman oğlu Abdullayev və rayonun Aşağı Göynük kənd sakini, 2008-ci il təvəllüdlü Zeynəb Ayaz qızı İbrahimxəlilova it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi zamanı məlum olub ki, küçədə sahibsiz it Nurlan Abdullayevin sol əlindən dişləyib. Zeynəb İbrahimxəlilova isə hər iki əl və sol diz nahiyəsindən xəsarət alıb. Hər iki azyaşlıya lazımi tibbi yardım göstərildikdən və quduzluq əleyhinə zərdab vurulduqdan sonra evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR