“Azəriqaz”ın Müdafiə Nazirliyinə qarşı şikayəti təmin edilməyib

 “Azəriqaz”ın Müdafiə Nazirliyinə qarşı şikayəti təmin edilməyib
# 30 mart 2016 12:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin (İB) Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə bağlı verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, məhkəmə şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılıb.

Qeyd edək ki, “Azəriqaz” nazirliyik tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etmədiyindən “Azəriqaz” İB apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR