ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizəyə qoşulub

ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizəyə qoşulub
# 30 dekabr 2015 02:27 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın əməliyyatlarına qoşulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, dekabrın 29-da aviadaşıyıcı gəminin göyərtəsində olan döyüş helikopterləri İŞİD-ə qarşı aparılan “Sarsılmaz əzm” əməliyyatı çərçivəsində ilk uçuşlarını həyata keçiriblər.

ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisinin Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı ilə Fars körfəzi akvatoriyasında İŞİD-ə qarşı birgə əməliyyatlarda iştirak edəcəyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR