AVRO-2017-nin seçmə mərhələsi: Azərbaycan-Rusiya - 2:2

AVRO-2017-nin seçmə mərhələsi: Azərbaycan-Rusiya - 2:2
# 24 mart 2016 19:56 (UTC +04:00)

Bakı-APA. Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsinin VII qrupunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Rusiya ilə qarşılaşıb.

Millimiz öz meydanında qazandığı 3:0 hesablı qələbənin təsadüf olmadığını sübut etmək üçün əla şansa malik idi. Yaşar Vahabzadənin yetirmələri Rostovdakı matçın ilk hissəsini qolsuz bərabərliklə başa vurublar.

İkinci yarı isə yığma komandamız üçün uğurlu başlayıb. Mahir Mədətov hesabı açıb. Çox keçmədən meydan sahibləri bərabərlik qolunu vurublar. 5 dəqiqə sonra ruslar önə keçsələr də, bundan az sonra millimiz status-kvonu bərpa edib.

Qarşılaşmada başqa qol olmayıb. Bununla da millimiz evdə qazandığı qələbənin təsadüf olmadığını sübut etmiş olub.

21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsi

VII qrup

24 mart

Rusiya - Azərbaycan - 2:2

Qollar: Zuev, 51, Barinov, 56 - Mahir Mədətov, 46, Rahil Məmmədov, 59

Rostov. “Olimp-2” stadionu

1

Almaniya

5

5

0

0

20-3

15

2

Avstriya

5

4

0

1

17-7

12

3

Finlandiya

5

3

0

2

6-6

9

4

Azərbaycan

8

2

1

5

7-19

7

5

Rusiya

5

1

1

3

7-11

4

6

Farer adaları

4

0

0

4

0-12

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR